Azərbaycan Premyer Liqasının 21-ci turunda Bakı “Neftçi”si ilə Ağdam “Qarabağ”ı arasında keçiriləcək oyun təxirə salınacaq.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma fevralın 21-də “Palmus Sports Arena”da (saat 19:00) keçirilməli idi. Lakin bu oyunun “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə keçirəcəyi iki oyun arasına düşdüyü üçün təxirə salınacağı gözlənilir.
Xatırladaq ki, daha əvvəl “Neftçi”nin oyunun təxirə salınmasına razı olmadığı bildirilirdi.

