Ölkə futbolu

“Neftçi” – “Qarabağ” oyununda 6 qol – YENİLƏNİB

Misli Premyer Liqasında XXXII tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, bağlanış oyununda “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəlib. Altı qolun qeydə alındığı matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.

Bu nəticənin ardından xallarının sayını 81-ə çatdıran “Köhlən atlar” liderliyini davam etdirib.

61 xalı olan “ağ-qaralar” isə 3-cü pillədə qərarlaşıb.

Misli Premyer Liqası
XXXII tur

2 may
20:00. “Neftçi” – “Qarabağ” 2:4

Qol: R.Şeydayev 10 (1:0), L  Andrade 15 (2:0), M.Saldanya 40 (2:1), 55 (ö.q – 3:1), E. Mahmudov 64 (p) (3:2), A.Zubir 80 (4:2)

Qırmızı: Stankoviç (“Neftçi”)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” Qəbələdə “Kəpəz”ə, “Sabah” evdə “Şamaxı”ya 1:0, “Qəbələ” doğma meydanda “Səbail”ə 4:2, “Turan Tovuz” isə səfərdə “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43