Belaruslu hücumçu, Minsk “Dinamo”sunun futbolçusu Karən Vardanyan Bakı təmsilçisi “Neftçi”nin maraq dairəsinə düşüb.
İdmanxeber.az xəbər verir ki, bu barədə insayder Arseniy İsaenya məlumat yayıb.
Bildirilir ki, Vardanyana Belarusun “Vitebsk” klubunun da maraq göstərir. 25 yaşlı hücumçu 2025-ci il mövsümündə “Dinamo”nun ən məhsuldar futbolçusu olub.
O, bütün turnirlərdə 35 oyunda 10 qol vuraraq komandasının ən yaxşı bombardiri adına yiyələnib.

