25 İyul 2026
Ölkə futbolu

Yankoviçin paylaşımı azarkeşlərdə narahatlıq yaratdı – O, nə yazıb?

“Daha bir fəsil başa çatdı. İntizam, dözümlülük və baxış bucağı ilə yazılmış bir il. Xarakter formalaşdıran, bağları gücləndirən və məqsədi daha da yüksəldən bir dövr”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç sosial şəbəkə hesabından paylaşıb. O, dasa sonra bunları yazıb:

“Yeni ilə birlikdə, şükranlıq və fokusla qədəm qoyuruq, haradan gəldiyimizi unutmadan və hara getdiyimizi dəqiq bilərək. Qarşıdakı ilin sağlamlıq, rifah və davamlı sülh gətirməsini diləyirik. Yaratdıqlarımız anlıq olmasın, zamanın fövqündə yaşasın və nəsillər boyu sözünü desin.
Qoy qurulan hər şey vaxta dəyər olsun, heç vaxt solmayan dəyərlər əsasında formalaşsın”.

Təcrübəli futbolçunun bu paylaşımı növbəti dəfə azarkeşlərdə narahatlıq yaradıb. Onlar şərhlərdə Yankoviçin sanki komanda ilə vidalaşdığını bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43