16 İyul 2026
Kateqoriyasız

“Neftçi” veteran futbolçusunu təbrik etdi

“Neftçi”nin prezidenti Kamran Quliyev veteran futbolçu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib.

İdmanxeber.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Adil Hüseynov 1973-1976-cı illər ərzində “Neftçi”nin heyətində 18 oyun keçirib, 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43