“Araz Naxçıvan”la keçirilən oyunda ciddi zədə alan və ayağına tikiş atılan Freddi Varqas hələ də bərpa prosesini davam etdirir.
İdmanxeber.az-ın məlumata görə, futbolçunun cəza səbəbindən “Qəbələ” ilə oyunda iştirak etməyəcək.
Ancaq onun zədə səbəbindən növbəti turda “Kəpəz”lə də görüşü buraxacağı ehtimalı yüksəkdir.
Varqasın durumu Gəncə təmsilçisi ilə oyuna yaxın bəlli olacaq. Hələlik oyunçunun zədəsi ciddidir.

