15 İyun 2026
Kateqoriyasız

“Neftçi”də daha bir futbolçu ilə bağlı qərar verildi

Yeni mövsümə daha iddialı hazırlaşan “Neftçi” futbolçusu Höccət Haqverdini heyətdə saxlamağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın məşqçilər korpusu Azərbaycan millisinin üzvünün çıxışından razıdı və onunla yola davam etmək qərarına gəlib.

Müqaviləsi başa çatan müdafiəçiyə yeni sözləşmə təklif olunacaq.

Tərəflər arasında danışıqlar davam edir. Əgər maliyyə məsələsində ortaq məxrəcə gəlmək mümkün olsa, o zaman Höccəti yeni mövsümdə də “Neftçi”də görə biləcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43