16 İyun 2026
Ölkə futbolu

“Neftçi”də “yarpaq tökümü” başlayır – Bu oyunçular göndərilir

Mövsümü uğursuz keçirən “Neftçi”də yeni mövsümün hazırlıqları indidən başlayıb. Rəhbərlik baş məşqçi Samir Abasovla yola davam edəcək. Mütəxəssis artıq “qara siyahı”nı hazırlayıb. Bunlardan bir neçəsinin adları bizə məlumdur. 

Robert Bauer, Dembo Darbo, Ramil Şeydayev və Rəhman Hacıyev kluba lazım deyil. Onlar baş məşqçinin planlarına uyğun gəlmir.

Ancaq məsələ burasındadır ki, Rəhman xaric, adıçəkilən oyunçuların digərlərinin klubla müqaviləsi davam edir. Onlarla yolların ayrılması o qədər də asan görünmür. Hazırda rəhbərlik kifayət qədər yüksək maaş alan bu futbolçuları klubdan göndərməyin yollarını axtarır. 

Xatırladaq ki, daha öncə də Rafael Quzzo və Alfa Kontenin “ağ-qaralar”dan ayrılacağı bildirilmişdi.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43