16 İyun 2026
Ölkə futbolu

“Neftçi”dən növbəti transfer – SON DƏQİQƏ!

Rusiyanın “Baltika” klubunda çıxış edən Aleks Fernandeş karyerasını “Neftçi”də davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı vinger Bakı klubu ilə müqavilə imzalamaq üçün Bakıya gəlib. Paytaxt klubu “sambaçı”nı 6 aylıq icarəyə götürüb. Əgər futbolçunun performansı “Neftçi”nin məşqçilər korpusunu qane etsə, icarə müddətini daha 6 ay uzada bilər. Klublar arasındakı anlaşmada satınalma bəndi yer almayacaq.

800 min avro qiymətində dəyərləndirilən futbolçunun 22 yaşı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43