12 İyul 2026
Ölkə futbolu

“Neftçi”dən qələbə, “Sumqayıt” uduzdu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 20-ci turun görüşləri davam edir. 

İdmanxeber.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Neftçi”ni qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Vitali Vernidubun komandasının ardıcıl 3-cü qələbəsi olub.

Digər görüşdə isə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma “Araz-Naxçıvan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda turnir cədvəlində hər ikisinin hesabında 30 xal olmaqla “Sumqayıt” 5-ci, Naxçıvan klubu isə 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. 

20-ci tur

15 fevral 

17:00. “Araz-Naxçıvan” – “Sumqayıt” – 1:0

Qol: Ramon Maçado, 45+5-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
“Liv Bona Dea Arena”

14:30. “Kəpəz” – “Neftçi” – 1:3 

Qollar: Bassala Sambu, 27 (0:1), Rauf Hüseynli, 35-pen. (1:1), Bassala Sambu, 38 (1:2), Emin Mahmudov, 40 (1:3)

Qırmızı vərəqə: Məqsəd İsayev, 72 (“Kəpəz”)
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43