Kateqoriyasız

“Neftçi”nin Bakıdakı oyununun da vaxtı açıqlandı

“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”la cavab oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 28-i Bakıda keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Qeyd edək ki, sözügedən matç “Bakcell Arena”da oynanılacaq.

Xatırladaq ki, bu komandalar arasında Yunanıstanda iyulun 21-i keçiriləcək ilk qarşılaşmaya isə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43