11 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin futbolçusuna Polşadan maraq var – oyunçu qərarını verib

“Neftçi”nin qapıçısı Rza Cəfərov karyerasını ölkə xaricində davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyunçunun xidmətində Polşanın “Rakuv” klubu maraqlıdır. Hələlik Ekstraklasa təmsilçisi paytaxt klubuna rəsmi təklif ünvanlamayıb.

Ancaq yaxın bir ayda transferlə bağlı hərəkətlilik olması gözlənilir.

Millimizin qapıçısı da karyerasını ölkə xaricində davam etdirmək istəyir. O, Polşada çıxış etməyə müsbət yanaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43