02 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin istəmədiyi futbolçudan xəbər var – Fikri qətidir

“Neftçi” yaponiyalı futbolçu Ryonosuke Ohori ilə yollarını ayırmaq niyyətindədir. 24 yaşlı yarımmüdafiəçi baş məşqçi Samir Abasovun planlarına daxil deyil.

Onun Azərbaycanda başqa bir kluba icarəyə verilməsi də gündəmdə idi. Ancaq futbolçu klubun bu təklifi ilə razılaşmayıb.

Yaponiyalı oyunçu Azərbaycanda “Neftçi”dən başqa heç bir komandada oynamayacağını rəhbərliyə bildirib. Ohorinin “ağ-qaralar”dan ayrılmaq fikri yoxdur. O, meydana çıxmasa da, ehtiyatda qalıb maaşını almağa razıdır.

Paytaxt klubu yanvarda 24 yaşlı futbolçu ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlayıb. O, ötən mövsüm 11 oyunda forma geyinib.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43