Kateqoriyasız

“Neftçi”nin son rəqibi məlum oldu

“Neftçi” PFK 11 yanvar tarixindən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayacaq.

İdmanxeber.com-un məlumatına görə, hazırlıq çərçivəsində komandanın keçirəcəyi 5 yoxlama oyunu barədə məlumat vermişdik. “Neftçi” sonuncu, 6-cı sınaq matçını, ötən mövsüm Rumıniya çempionatının bürünc medallarını qazanmış “Petrolul” Ployeşti komandasına qarşı keçirəcək. Oyun 23 yanvar tarixində baş tutacaq. 

Qeyd edək ki, bütün yoxlama görüşləri “Mardan İdman Kompleksi”nin stadionunda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43