“Neftçi”də yeni zədəli yoxdur.
İdmanxeber.az xəbər verir ki, yalnız komandanın iki əvvəldən zədəli olan futbolçusu – Azər Salahlı və Sezar Meza Kolli Misli Premyer Liqasının V turunda “Sumqayıt”a qarşı oynamayacaq. Bu barədə klubun həkimi Şaiq Zöhrablı “Neftçi TV”yə bildirib. O, komandada sağlamlıq durumu barədə məlumat verib.
Bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı saat 20:30-da başlayacaq.
;

