Ölkə futbolu

“Neftçi”nin zədəlisi məşqlərə başladı

Zədə səbəbindən xeyli vaxtdır ki, “Neftçi”yə kömək edə bilməyən Elşən Abdullayev artıq məşqlərə başlayıb. 

İdmanxeber.com xəbər verir ki, yarımmüdafiəçi hələ ki fiziki məşqlərlə kifayətlənir. Klubun rəsmi saytına açıqlama verən 22 yaşlı futbolçu əməliyyatdan sonra Almaniyada bərpa dövrü keçdiyini deyib: “Almaniyada 20 gün qaldım. İndi Bakıda məşq edirəm. Ümüd edirəm ki, “Qarabağ”la oyuna hazır olaram. Daha çox fiziki hazırlığa diqqət yetirirəm ki, komandaya qoşulanda çətin olmasın. Tezliklə yaşıl meydanlara qayıdıb, komandama kömək etmək istəyirəm”.

Qeyd edək ki, Elşən Abdullayev zədə səbəbindən bu mövsüm meydana çıxmayıb. .


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43