PSJ-nin prezidenti Nasser Al-Xelaifi hücumçu Neymarın “Əl-Əhli”yə keçidinə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri braziliyalı futbolçu barədə xoş sözlər söyləyib:
“Biz qeyri-adi anlar yaşadıq və Neymar həmişə tariximizin bir parçası olacaq. Ona və ailəsinə təşəkkür etmək istəyirəm. Neymara gələcək sərgüzəştlərində uğurlar arzulayırıq”.
Ulduz oyunçu2017-ci ildən PSJ-də çıxış edir. O, parislilərin heyətində 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

