Dünya futbolu

Niderlandda oynayan futbolçu Azərbaycan millisinə dəvət aldı

Niderlandın “Eyndhoven” klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycanın əsas milli komandasına dəvət alıb.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Slovakiya və Qazaxıstan yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunub. Daha əvvəl Azərbaycanın U-21 millisində forma geyinən türkiyəli oyunçu ilk dəfə əsas yığmaya çağırılıb.

Qeyd edək ki, sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Azərbaycan yığması, 3 gün sonra Qazaxıstanı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43