Dünya futbolu

Norveçli futbolçu: “Azərbaycanla oyun çətin olacaq”

Norveç Dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan millisinin qonağı olacaq.

Idmanxeber.com xəbər verir ki, Norveç yığmasının futbolçusu Pol Andre Hellan oyunla bağlı fikirlərini bildirib: “San Marino ilə oyundan 6 xal götürməliyik. Düşünürəm ki, maksimum nəticə göstərmək istəyiriksə, Azərbaycana da bu məqsədlə getməliyik. Azərbaycan xal baxımından xəsis komandadır. Buna görə də çətin olacaq. Ancaq maksimum nəticə göstərmək istəyiriksə, mübarizədən qalib ayrılmalıyıq. Gücümüz var və bu səbəbdən Azərbaycana qalib gəlməliyik

Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç matçı saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43