15 İyul 2026
İdman

Novak Cokoviç yarımfinala yüksəldi

Novak Cokoviç “US Open”də yoluna əmin addımlarla davam eləyir.

İdmanxeber.az-ın məlumatına görə, serbiyalı tennisçi 1/4 finaldakı rəqibi Teylor Fritsi 6-1,6-4,6-4 hesabıyla 3-0 məğlub edərək yarımfinala yüksəlib.

Novakın yarımfinaldakı rəqibi başqa bir amerikalı Ben Şelton olacaq.

20 yaşlı Ben 1992-ci ildən ”US Open”də yarımfinal oynayacaq ən cavan amerikalı idmançı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43