Kateqoriyasız

“Olimpiakos”un daha bir oyunçusu “Qarabağ”la oyundan əvvəl zədələnib

“Olimpiakos” klubunun daha bir futbolçusu zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi Usseynu Ba sıradan çıxıb. Onun durumu bu gün bəlli olacaq. Bundan öncə isə  Panayotis Retsosun və komandanın qapışısı Tomaş Vatslikin “Qarabağ”la görüşü buraxacağı bildirilib.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43