12 İyul 2026
Ölkə futbolu

Olise üçün Premyer Liqa yarışı: “Çelsi” və “Mançester Siti” hərəkətdə

“Bavariya”in vingeri Mikael Olise yay transfer pəncərəsində İngiltərə Premyer Liqasına qayıda bilər.

İdmanxeber.az xəbər verir ki, “Çelsi” və “Mançester Siti” 24 yaşlı fransalı futbolçunu heyətinə qatmaq istəyir. Münhen klubu Olise ilə yalnız təxminən 150 milyon avro təklif ediləcəyi halda yollarını ayırmağa hazırdır.

Olisenin “Bavariya” ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. O, bu mövsüm Bundesliqada 21 oyunda 10 qol və 16 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43