26 İyul 2026
Dünya futbolu

Osimhen getsə, Kolo Muani gələcək

“Qalatasaray” rəhbərliyi Viktor Osimhen transferindən müsbət cavab ala bilməyəcəyi təqdirdə alternativ planını müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, PSJ-nin hücumçusu Kolo Muani “cim-bom”un transfer siyahısında ön sıralarda yer alır. Klub rəhbərliyi fransız forvardı icarə əsasında heyətə qatmağı planlaşdırır.

Ancaq rəhbərlik ilk öncə nigeriyalı forvardı razı salmağa çalışacaq.

Xatırladaq ki, müqavilə ilə “Napoli”yə məxsus Osimhenə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”dan ciddi təklif var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43