08 İyul 2026
Dünya futbolu

Osimhen niyə maska ilə oynayır?

“Napoli”nin hücumçusu Viktor Osimhen “Sky Sports” nəşrinə müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı forvard maska ilə oynamasının səbəbini açıqlayıb. O, bunu zədəsi ilə əlaqələndirib:

“2021-ci ilə “İnter”ə qarşı görüşdə Milan Şkrinyarla hava topu zamanı toqquşduq. O zaman ciddi zədə almışdım. Üzümdə xəsarət var idi. Əməliyyatdan sonra iki ay meydanlardan kənarda qaldım. Daha sonra həkimlər oyunlara maska ilə çıxımağımı məsləhət gördü”.

Osimhen cari mövsüm “Napoli” forması ilə 29 oyunda 25 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43