Ölkə futbolu

ÖZƏL! “Kəpəz”də hərəkətli günlər: İcra başçısının oğlu təmirlə bağlı tapşırıqlar verdi

"Kəpəz"in Müşahidə Şurasının sədri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev dünən klubunun bazasında olub. 

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, klub rəsmisi əvvəlcə stadionun ot örtüyündə gedən son işlərlə tanış olub. Ardınca bazanı gəzən Vəliyev təmirlə bağlı bir neçə tapşırıq verib. Futbolçuların paltardəyişmə otaqları, duş kabinələri və s. yerlərin əsaslı təmir olunmasını, qapıların dəyişdirilməsi ilə bağlı göstəriş verib. Müşahidə Şurasının sədri bazanı tamamı ilə yararlı vəziyyətə gətirmək və futbolçuların Gəncədə məskunlaşa bilməsi üçün hər bir şəraitin yaradılmasını istəyib. 

Klubun məşq etmək üçün istifadə etdiyi, ancaq ot örtüyü yararsız vəziyyətdə olan meydança da diqqətdən kənar qalmayacaq. Belə ki, Elmir Vəliyev məşq meydançasına suni ot örtüyünün döşənməsi haqda da öz tapşrılqlarını çatdırıb.

Lakin stadiondakı bərpa işləri bununla da yekunlaşmayacaq. Hazırda bazada hakimlər üçün paltardəyişmə otağı olsa da, Gəncə təmsilçisinin sədri yenisinin inşaa olunmasını məqsədəuyğun hesab edib. 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43