Dünya futbolu

“Özil “Arsenal”da qalacaq” – açıqlama

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil bu qış London klubunu tərk etməyəcəyi dəqiqləşib.

Bu barədə türkəsilli alman yarımmüdafiəçinin agenti Erkut Soqut məlumat verib. O, futbolçusunun müqavilə bitənə qədər bəlkə də daha çox “Arsenal”da qalacağını bildirib

Özilin London təmsilçisi ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında  başa çatır.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43