12 İyul 2026
Dünya futbolu

Patonun yeni klubu bəlli oldu

Braziliyalı futbolçu Aleşandro Pato karyerasını ölkəsində davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu “San Pauolo” ilə anlaşıb. Təcrübəli oyunçu yeni klubuna azad agent kimi qoşulacaq.

Braziliyalının son klubu “Orlando Siti” olub.

O, əvvəllər “Milan”, “Çelsi” və “Vilyarreal” kimi klublarda çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43