04 İyul 2026
Ölkə futbolu

Paytaxt klubu təcrübəli oyunçu ilə anlaşa bilmir 

Növbəti mövsüm Azərbaycan I Liqasında çıxış edəcək “Səbail” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, “dənizçilər” Rəşad Əzizli ilə danışıq aparır. Paytaxt klubu təcrübəli qolkiperi heyətinə qatmaqda maraqlıdır.

Rəhbərlik qapıçıya 3 illik müqavilə də təklif edib. Ancaq hələlik tərəflər arasında razılıq əldə olumayıb. Buna səbəb maliyyə şərtləridir.

Rəşad Əzizli “Səbail”in təklif etdiyi maaşla razılaşmır. O, rəhbərlikdən daha yüksək əmək haqqı tələb edir. 

31 yaşlı oyunçu ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Qəbələ”, “Neftçi”, “Şamaxı” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43