Ölkə futbolu

Bakı klubunda GÖZLƏNİLMƏZ AYRILIQ

Yeni mövsümdən büdcəsinin azaldılması gözlənilən “Səbail”də yaxın vaxtlarda “yarpaq tökümü” baş verəcək.

İdmanxeber.az-a daxil olan məlumata görə, Bayıl klubu yaxın zamanda akademiyanın koordinatoru Mirbağır İsayevlə yolları ayıracaq.

Paytaxt klubunun sponsoru ASCO rəhbərliyi bu ayın 29-da iclas keçirəcək və komandanın yeni mövsüm planlarını müyyənləşdirəcək. Klubun büdcəsinin azaldılması isə ASCO-nun birinci atacağı addım olacaq.

“Səbail”də əsas komandanın baş məşqçisi Şahin Diniyevin və klub akademiyasının koordinatoru Mirbağır İsayevin göndərilməsi isə an məsələsidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43