Azərbaycan I Liqasına vəsiqə qazanan “Şəfa” klubu heyətini yeni futbolçularla gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, Bakı klubu “Səbail”ın qapıçısı Əlirza Müştəbazadə və “Turan Tovuz”un hücumçusu Orxan Əliyevlə anlaşıb. İki futbolçu da növbəti mövsüm “Şəfa” formasını geyinəcək.
Oyunçuların keçidi mövsüm sonu rəsmən açıqlanacaq.
Hazırda II Liqada mübarizə aparan “Şəfa” çempionatda ikinci pillədə qərarlaşıb və I Liqaya vəsiqəni təmin edib.

