Dünya futbolu

Pereyra 2 milyon avroya yaxın durmur

“Fənərbağça” klubu portuqaliyalı çalışdırıcı Vitor Pereyra ilə yollarını ayırmaq qərarı alsa da, o, təzminat almadan komandadan getmək istəmir.

İdmanxeber.com-un məlumatına görə, hətta 48 yaşlı çalışdırıcının dünən axşam saatlarında yenidən komandanın başında məşqlərə çıxması çoxlarını təəccübləndirib.

Qardaş ölkə mətbuatında yer alan xəbərə görə, o, 4 milyon avroluq təzminatını tələb edir. “Fənərbağça” isə 2 milyon avroda israrlıdır.Pereyra isə klub rəsmilərinə göz dağı vermək üçün hələ də, komandası ilə məşqlərə çıxır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43