25 İyun 2026
İdman

Podolski Azərbaycanla oyunöncəsi vida edəcək

Milli karyerasını bitirdiyini açıqlayan Lukas Podolski daha bir matçda Almaniya yığmasının şərəfini qoruyacaq. İdmanxeber.com-un məlumatına görə, bunu Bundetimin baş məşqçisi Yoahim Löv açıqlayıb.

 

O bildirib ki, millidə 129 oyun keçirib, 48 qol vuran Podolskinin vida matçı 2017-ci ilin martında baş tutacaq. Həmin vaxt keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu futbolçu üçün milli formada son matç olacaq.

 

Podolskinin son matçının dəqiqə tarixi və rəqib hələ müəyyənləşməyib. Amma bu qarşılaşma Azərbaycanla DÇ-2018-in seçmə oyunu ərəfəsində gerçəkləşəcək. Çünki martın 26-da Bundestim Bakıda yığmamızın qonağı olacaq.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43