28 İyun 2026
Ölkə futbolu

Polşalı qapıçı “Kəpəz”də – RƏSMİ

Transfer çalışmaları çərçivəsində “Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Gəncəlilər polşalı futbolçu Kaçper Rosanı transfer edib. 30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. 

Kaçper Rosanın son klubu vətənində yüksək liqa təmsilçisi “Motor” olub. O, 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.

Qeyd edək ki, “Kəpəz” daha öncə Adil Şükürov (baş məşqçi), Şakir Seyidov (son klubu “Sabah”), Pedro Qomes (son klubu “Boavişta”, Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiaurini (son klubu “Dinamo”, Gürcüstan) transfer edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43