15 İyun 2026
Ölkə futbolu

Premyer Liqa: 2024/2025 mövsümü başa çatdı – günün nəticələri 

Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, 36-cı turun son oyun günündə 2 matç keçirilib.

4-cü yerdəki “Turan Tovuz” 9-cu pillədəki “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

2-ci yerdəki “Zirə” isə 3-cü sıradakı “Araz-Naxçıvan”ın qonağı olacaq.

Qeyd edək ki, Misli Premyer Liqasının cari mövsümdəki çempionu “Qarabağ” olub. “Zirə” 2-ci, “Araz-Naxçıvan” 3-cü yeri tutub.

25 may (bazar)

19:30. “Araz-Naxçıvan” – “Zirə” – 0:1

Qol: Junior Martins, 58

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Zeynal Zeynalov

“Liv Bona Dea Arena”

17:00. “Turan Tovuz” – “Kəpəz” – 4:0

Qollar: Aleks Souza, 10, 23, Turan Manafov, 42 – avtoqol, Ayxan Hüseynov, 44

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43