Bir müddətdir AFFA-nın dövlət tərəfindən ayrılan vəsaitin Premyer Liqa klublarının hesabına tam köçürmədiyi bildirilir. Artıq klublarda bu məsələ ilə bağlı ciddi narazılıqlar var.
Bəzi komandalar vəsaitin tam köçürülməməsi səbəbindən oyunçuların maaşlarını belə ödəməkdə çətinlik çəkir. Artıq 3 aya yaxındır ki, federasiya tərəfindən klublara pul köçürülmür.
Əldə etdiyiz məlumata görə, AFFA kəsilən məbləğlərin bir qismini ödəyəcək. Ancaq yenə də vəsaitin tam köçülməyəcəyi bildirilir.
Belə ki, 3 milyon manatdan qurumun kəsərək klublara ödəmədiyi pulun bir qismi ödəniləcək. Digər hissəsini isə AFFA bu və digər səbəblərdən klublara ödəmək istəmir
İdmanxeber.az

