12 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubu Pereyra ilə yeni müqavilə imzaladı

İngiltərə Premyer Liqası klublarından “Vulverhempton” baş məşqçi Vitor Pereyra ilə yollarına davam edəcək.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssislə 3 illik yeni müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Pereyra 2024-cü ilin dekabrından komandaya rəhbərlik edir. “Vulverhempton” hazırda Premyer Liqada 4 turdan sonra 0 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43