“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasında 50 qol həddinə ən tez çatan futbolçu olub.
İdmanxeber.az-ın məlumatına görə, n orveçli forvard “Napoli” ilə oyunda (2:0) vurduğu qolla bu rəqəmə 49 matçda çataraq, 62 oyuna ehtiyac duyan Rud van Nistelroyun rekordunu yeniləyib.
Haland 2022-ci ildən “Siti”də çıxış edir. O, daha əvvəl “Borussiya Dortmund” və “Zalsburq”un heyətində də oynayıb.

