12 İyun 2026
Dünya futbolu

Vensan Abubakarın yeni ünvanı bəlli oldu

“Hatayspor”dan ayrıldıqdan sonra azad agent statusunda olan Vensan Abubakarın yeni klubu müəyyənləşib.

idmanxeber.az xəbər verir ki, kamerunlu hücumçu karyerasını İran çempionatında davam etdirəcək.

“İstiqlal” klubu Abubakarla razılıq əldə edib. 34 yaşlı forvard yaxın günlərdə İran Pro Liqası təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43