04 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubunda baş məşqçi ayrılığı

“Nottingem Forest” baş məşqçisi Nunu Eşpiritu Santu ilə əməkdaşlığa son qoyub.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin klubun sahibi Evangelos Marinakislə münasibətlərində gərginlik yaşandığı iddia edilirdi.

Qeyd edək ki, Santu ötən mövsümdə komandanı Premyer Liqada 7-ci yerə yüksəldərək uzun fasilədən sonra avrokuboklara vəsiqə qazandırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43