Niderlandlı futbolçu Xavi Simons İngiltərə klublarının maraq dairəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” və “Arsenal” futbolçunu transfer etmək istəyir.
Hər iki klub bu yaxınlarda “Leyptsiq”ə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Simons ötən mövsüm 33 matçda 11 qol 8 məhsuldar ötürmə ilə yadda qalıb.

