“Mançester Yunayted”in müdafiəçisi Viktor Lindelof “Ayntraxt”ın maraq dairəsindədi.
İdmanxeber.az “Football Insider”ə istinadən xəbər verir ki, Premyer Liqa klubu oyunçunu satmaq niyyətində deyil. Baş məşqçi Erik ten Haq futbolçunun xidmətindən razıdır.
28 yaşlı futbolçu 2017-ci ildən “Mançester Yunayted”də çıxış edir. Lindelof ötən mövsüm bütün yarışlarda 35 oyun keçirib, qol vurmayıb.

