Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, baş tutacaq 4 qarşılaşmadan 3-ü canlı yayımlanacaq. Bunlardan biri televiziya, digər ikisi isə klub TV-si vasitəsi ilə azarkeşlərə canlı nümayiş etdiriləcək.
Turun mərkəzi qarşılaşması – “Neftçi” – “Qarabağ” qarşılaşması İdman Azərbaycna kanalı vasitəsi ilə canlı yayımlanacaq.
25 aprel
17:00 Xəzər Lənkəran – Qəbələ – Xəzər Lənkəran TV
18:00 İnter – AZAL – İnter TV
19:00 Neftçi – Qarabağ – İdman Azərbaycan

