Erik ten Haq Premyer Liqada ayın ən yaxşı meneceri seçilib.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”in baş məşqçisi fevral ayının ən yaxşısı olub. Niderlandlı mütəxəssisin rəhbərlik etdiyi komanda ötən ay İngiltərə çempionatında 4 oyun keçirib və 10 xal toplayıb.
O, bu mövsüm ikinci dəfə Premyer Liqada ayın ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Erik ten Haq “Tottenhem”in baş məşqçisi Antonio Konte və “Fulhem”in çalışdırıcısı Marka Silvanı qabaqlayıb.

