Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu açıqlandı.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib.
30 yaşlı futbolçu martda keçirilən iki oyunda 2 assist edib və 2 qol vurub.
Fernandes bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib.

