Kateqoriyasız

Premyer Liqamızda mövsümün 100-cü qolu

Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün 100-cü qolu vurulub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, yubiley qolu 10-cu turun “Qarabağ” – “Rəvan” matçına təsadüf edib. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qol mövsümdə 100-cü olub. Belə ki, əvvəlki 9 turda 91 qol qeydə alınmışdı. Turun eyni vaxtda başlayan ilk 3 matçında 7 dəfə top qapıdan keçdiyindən paralel oynanılan “Neftçi” – “İnter” və “Qarabağ” – “Rəvan” matçlarındakı 2-ci top mövsümdə 100-cü olmalıydı. Əvvəl “Neftçi”, 1 dəqiqə sonra “Qarabağ” hesabı açdığından yubiley qolu ağdamlıların hesabına yazılıb. Əlamətdar topu rəqib qapısından Vüqar Mustafayev keçirib. Bu da onun Premyer Liqada ilk qoludur. O, buna ümumilikdə 34-cü, “Qarabağ”da 6-cı çempionat matçında nail olub. Ümumilikdə isə 10 turun 50 oyununda 101 qol vurulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43