19 İyun 2026
Kateqoriyasız

Premyer Liqamızda yeni mövsüm start götürür: İlk turun bütün oyunları canlı yayımda

Topaz Premyer Liqasının (TPL) 2016/2017 mövsümünün ilk turunun bütün oyunları canlı göstəriləcək. 

İdmanxeber.com-un məlumatına görə, çempionatın yayım hüququna sahib olan “CBC-Sport” hər 4 qarşılaşmanı futbolsevərlərə təqdim edəcək. Oyunların saatları hələ açıqlanmayıb.

6 avqust (şənbə)

AZAL – “Neftçi”

“Zirə” – “Sumqayıt”

7 avqust (bazar)

“Qarabağ” – “İnter”

8 avqust (bazar ertəsi)

“Qəbələ” – “Kəpəz”



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43