28 İyun 2026
Ölkə futbolu

Premyer Liqanı II Liqaya dəyişdi – yüksək maaş üçün

Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubunun hücumçusu komandadan ayrılıb.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Bəhruz Teymurovdan gedir. O, Yevlax təmsilçisi ilə yollarını ayırıb. Hücumçu II Liqa klubu “Xankəndi” ilə müqavilə imzalayıb.

“Karvan” Teymoruvu heyətdə saxlamaq istəsə də, oyunçu Qarabağ klubunu seçib. Buna səbəb Xankəndi təmsilçisinin daha yüksək maaş təklif etməsi olub.

“Karvan” 31 yaşlı hücumçuya aylıq 2500 manat maaş təklif etsə də, tərəflər razılığa gələ bilmir.

Xatırladaq ki, təcrübəli oyunçu ötən mövsüm “Karvan” forması ilə I Liqada 13 qol vurub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43