Kateqoriyasız

“Psixoloji baxımdan bir çox zərbə almışdıq” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının VIII turunda “Turan Tovuz”u məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, “CBC Sport”a danışan mütəxəssis 3:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Tovuz azarkeşlərini salamlayıram. Bu torpaqlar üçün çox darıxmışdım. Futbola ilk addımlarımı burada atmışam. Əldə etdiklərimə görə buraya borcluyam. Psixoloji baxımdan bir çox zərbə almışdıq. Maneələrimiz çox idi. Üstəlik, ilk qolu da biz buraxdıq. Sonra toparlana bildik. “Turan Tovuz” bundan əvvəl yalnız “Qəbələ” və “Sabah”a uduzub. Bizim üçün önəmli qələbə oldu. Strateji oyun idi.

Qol buraxırsansa, xarakter ortaya çıxmalıdır. Futbolçular bu gün bunu göstərdilər. Onlara güvənirəm. Vacib olan, istədiyim gördükləri işdən həzz almalıdırlar. Bu il çempionat daha gərgin və ağır keçir. Vacib qələbə qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43