Kateqoriyasız

QALMAQAL: PSJ – “Başakşəhər” oyunu yarımçıq dayandırıldı

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – VI turunun PSJ – “Başakşəhər” oyunu 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb.

Buna oyunun 4-cü hakimi Sebastyan Kolteskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib.

Bundan sonra “Başakşəhər” 4-cü hakim olmadan matçı davam etdirməyə razılaşıb. Ancaq hələ ki, komandalar meydana qayıtmayıblar. Qarşılaşmanın nə zaman davam etdiriləcəyi hələlik bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43