Dünya futbolu

PSJ-də Messi bəlirsizliyi – argentinalının şərti var

Lionel Messi hələ də PSJ ilə razılığa gələ bilməyib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Le Parisien” xəbər yayıb. Bildirilir ki, argentinalı “Bavariya” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa qədər qərar verməyəcək. İddia olunur ki, turnirlə vidalaşmaq onu klubdan getməyə vadar edə bilər.

Mənbə tərəflərin maaş məsələsində razılaşa bilmədiyini yazır. Belə ki, Messi Paris klubunda vergilər xaric 38 milyon avro alır və onu azaltmaq niyyətində deyil. Klub isə ondan əmək haqqısını azaltmasını tələb edir.

Lionel bu mövsüm Liqa 1-də 19 matçda 11 qol vurub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43